ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Gülbahar Şükürlünün başında şiş aşkarlandı - Açıqlama

Baxış Sayı:125

Gülbahar Şükürlünün başında şiş aşkarlandı - Açıqlama
Azerixeber.az "Telegram.com"a istinadən xəbər verir ki, qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti pisləşib.
İfaçının ailə üzvünün Teleqraf.com-a verdiyi məlumata görə, Gülbahar Şükürlünün səhhəti yaxşı deyil:
“Danışır, yemək yeyir, amma başı hərlənir. Əməliyyata getməlidir. Son bir həftədə bildik ki, vəziyyəti yaxşı deyil. Ona xərçəng diaqnozu qoyuldu. Başında şiş tapılıb. Təcili əməliyyat edilməlidir. Yaxınlarının təkidi ilkə yəqin ki, əməliyyata razı salacaqlar. Evdə yatır, yaxınlarını tanıyır. Nitqi də normaldır”.
Qarmon ifaçısının maddi sıxıntısı da olduğu qeyd edilib: “Maddi sıxıntı var. Pandemiya dövründə iş yox idi. Pandemiyadan öncə də toy mərasimlərinə getmirdi. Kənardan gəliri yoxdur və övladlarının da işi yoxdur. Müalicə üçün Heydər Əliyev Fonduna müraciət ediləcək”.
Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər
SON XƏBƏRLƏR