ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Emin Ağalarov üçüncü dəfə evlənir - Nəcməddin Sadıqovun qızı Fatma...

Baxış Sayı:283

Emin Ağalarov üçüncü dəfə evlənir - Nəcməddin Sadıqovun qızı Fatma...
Azerixeber.az "Adelet.az"a istinadən xəbər verir ki, Azərbaycanın Xalq artisti Emin Ağalarov bu ilin may ayında ikinci həyat yoldaşı Alyona Qavrilova ilə münasibətlərinin rəsmən başa çatması ilə bağı instaqram səhifəsində məlumat yaydı və boşandılar: “Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”. Tanınmış müğənni Emin Ağalarovdan yeni bir xəbər var.

Adalet.az xəbər verir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb. Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilir ki, nişan mərasimi Moskvada baş tutub. Bir neçə gün müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib. Müğənni bəstələdiyi musiqi barəsində danışarkən bunları qeyd edib: "Bu, mənim üçün gözlənilməz bir musiqidir". Qeyd edək ki, Emin iş adamı Araz Ağalarovun oğludur və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2015-ci ilə kimi kürəkəni olub. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. İkinci evlilikdən isə Afina adlı bir qızı var.

Əntiqə RƏŞİD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR