ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq - Azərbaycan Prezidenti

Baxış Sayı:65

Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq - Azərbaycan Prezidenti
Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini məhv etmişik.
Azerixeber.az "Teleqraf.com"a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

Bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR