ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Beyləqanda bazar sahibi Xəqani Əhmədovun “rəqabəti”, yoxsa acizliyi?

Baxış Sayı:3 658

Beyləqanda bazar sahibi Xəqani Əhmədovun “rəqabəti”, yoxsa acizliyi?
Azerixeber.az xəbər verir ki, Beyləqan rayonunda bəzi sahibkarların fəaliyyətinə əsassız olaraq müdaxilələr edilir və maneələr törədilir.
Redaksiyamıza müraciət edən sahibkarlar qanunsuz təsirlərə və müdaxilələrə məruz qaldıqlarını bildiriblər.
Məhz sabiq icra başçının oğlu Xəqani Əhmədovun sifarişi ilə hərəkət edən, bəzi media nümayəndələrinin qərəzli münasibətinə tuş gələn sahibkarlar öz narazılıqlarını və münasibətini bildirmək üçün bizim redaksiyamıza üz tutublar.
Qeyri obyektiv və peşəkarlıqdan kənar olan bəzi media nümayəndələri, sahibhkarlar haqqında tamamilə yalnış məlumatlar yaymaqdadır.
Sahibkarlar Vahid Abdullayev və Asəf Abdullayev bildiriblər ki, 15.01.2021-ci il tarixində İctimai telefiziya kanalında Heydər Əliyev parkı ilə bağlı yalnış məlumatlar səsləndirilib.
Beləki, Vahid Abdullayev və Asəf Abdullayevin qanuni fəaliyyətinə qərəzli və əsassız olaraq, dövlətin qanunlarına hörmət qoymayan və özünü Ramiz Mehdiyevin adamı kimi tanıtdıran, sabiq icra başçısı Xasay Əhmədovun oğlu Beyləqan Bazarın sahibi Xəqani Əhmədov hər cür vasitələrlə maniəçilik törətməyə çalışır və onlar haqqında nüfuzdan salıcı yalan məlumatlar yaymaqla məşğuldur.
Redaksiyamıza müraciət edən Beyləqan rayon sakinləri Abdullayev Vahid Cəmil oğlu və Abdullayev Asəf Vahid oğlu bildiriblər ki, bir çox əsassız iddialarla məhkəmə müstəvisində məğlub olmuş Beyləqan Bazarın sahibi Xəqani Əhmədov və onun yaxın adamı Zakir Mehdiyev çıxış yolunu KİV-də hüquqi əsası olmayan tamamilə yalan məlumatların yayımlanmasında görmüdüşlər.
Sahibkarlar qeyd ediblər ki, vəziyyət o yerə çatıb ki, Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq icra Başçısı Xasay Əhmədovun oğlu Xəqani Əhmədov atasının vəzifədə olan dövründə, Beyləqan Bazarına sahiblənmiş və bu gün sağlam rəqabətdən kənar xoşagəlməyən arzularına nail olmaq məqsədi ilə dahi şəxsiyyət, ümummilli Liderimiz Heydər Əliyevin adına olan parkdan şəxsi maraqları naminə istifadə edir.
Bu azmış kimi, hələ bəzi media nümayəndələrə yalan məlumat verməkdən belə çəkinməmişdilər.
Qeyd edək ki, Xəqani Əhmədov məhkəmələrdə məhz həmin əsası olmayan,uydurma iddiaları üzrə məğlub olunduğundan, çıxış yolunu dayaz düşüncəli əfsanələr yaratmaqla məşğuldur.
Xəqani Əhmədov əvvəlcədən öyrədilmiş bəzi tanışları vasitəsilə həqiqəti əks etdirməyən, yalan məlumatlarla dövlətin tele kanalarına müraciət etməkdən belə çəkinməmişdir.
Xatırladaq ki, həmin şəxslərin qeyd etdikləri məsləyə artıq məhkəmə müstəvisində baxılmış və iddiaları əsassız olduğundan tələbləri rədd edilmişdir.
Bununla bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarıda mövcuddur.
Dövlətin adından çıxarılmış məhkəmə qətnamələri və Qararı ilə sübut olunmuşdur ki, sahibkarlar Vahid Abdullayev və Asəf Abdullayev heç bir park ərazisini zəbt etməmiş və ümumiyyətlə sahib olduqları torpaq sahəsinin qanuni yolla əldə etmişlər. Sahibkarlar V.Abdullauev və A.Abdullayev bir daha media nümayəndələrinə bu kimi məlumatların dərc etməzdən əvvəl diqqətli olmalarını və faktlara söykənərək hərəkət etmələrini tövsiyyə edir.
Məhkəmələrdə öz məğlubiyyəti ilə barışmayan bazar sahibi Xəqani Əhmədov tərəfindən əvvəlcədən öyrədilmiş bir qrup qərəzli şəxslərin bu kimi yalanla dolu məlumatlar yayması, əsassız fikirlər bildirməsi sadəcə mənasız və vaxt itkisindən başqa bir şey deyil.
Qanunsuz olaraq müdaxilə və təsirlərə məruz qalmış sahibkarlar V.Abdullyev və A.Abdullayev qeyd ediblər ki, Xəqani Əhmədov bəzi media nümayəndələrə üz tutaraq onlar haqqında yalan məlumatlar yaymaqla cəmiyyətdə insanlarda yalnış fikirlər və mənfi rəy formalaşdırmağa çalışır.
Lakin görünən tərəf odur ki, Xəqani Əhmədovun bütün cəhdləri mənasızdır və uğursuzdur.
İctimai yerdə, Beyləqan şəhəri, H.Əliyev prospekti ilə S.İmrəliyev küçəsinin kəsişdiyi yerdə dövlətin qanunlarına hörmətsizlik edərək, ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan (Əsas:Beyləqan Rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli, 3(020)432/2014 saylı İX haqqında Qərar) Zakir Mehdiyev kimi şəxslərin Xəqani Əhmədov tərəfindən hansısa xırda maraqlar naminə istifadə edilməsi heçdə təsadüfi deyil.
Xəqani Əhmədovun belə bir şəxslə dostluq və yoldaşlıq etməsi başa düşüləsidir. Necə deyərlər, hər kəs özünün səviyyəsinə, əqidəsinə və xarakterinə uyğun bir insanla yoldaşlıq edər.
Beyləqan Bazarın sahibi Əhmədov Xəqani Xasay oğlu qərəzli olaraq yalan məlumatlar yaymaqda davam edir və bu lazımsız və hüquqi əsası olmayan qarayaxma kompaniyada, o özünə yaxın olan şəxslərdən istifadə edir.
Məhkəmələrdə məğlub olmağı ilə barışmayan sabiq icra Başçısının oğlu Xəqani özünə yaxın olan şəxslər vasitəsi ilə İctimai TV kanalınada yalan və cəfənqiyyatla dolu məlumatlar vermişlər.
Əraziyə gəlmiş telekanalın nümayəndəsi Şöhrət Eyvazov, Xəqani Əhmədovun arzusu ilə İctimai TV kanalına müraciət etmiş qərəzli şəxslərin sadəcə boş mülahizələri ilə rastlaşmışdır.
Telekanal nümayəndəsi ilə görüş zamanı sahibkarlar V.Abdullayev və Asəf Abdullayev tərəfindən məsələyə aydınlıq gətirilmiş və həmin şəxsləri söylədikləri tamamilə yalan olmasını təsdiq edən dövlətin adından çıxarılmış və hüquqi qüvvəsini almış məhkəmə qətnamələri təqdim olunmuşdur.
Təəsüf ki, əraziyə gələn media nümayəndəsi hansısa maraqlardan, obyektivlikdən kənar çıxmaqla bu kimi hüquqi faktları efirdə səsləndirməmişdir. Məlumat üçün qeyd edək ki, sahibkarlar əlavə olaraq həmin mülki məsələdə onlar haqqında yayılan məlumatların əsassız və yalan olduqlarını sübut edən, dövlətin adından çıxarılmış və hüquqi qüvvəsini almış məhkəmə qətnamələri və Qərarlarını İctimai TV kanalına göndərmişdir. Sahibkarlar V.Abdullayev və A.Abdullayev tərəfindən təqdim olunmuş və qanuni qüvvəsini almış dövlətin adından çıxarılmış Beyləqan Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(020)-251/2018 saylı, Şirvan Apellyasiya Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(106)-3346/2018, Ali Məhkəmənin 02.05.2019-cu il tarixli, 2(102)-2929/2019 saylı, Beyləqan Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(020)-772/2018 saylı, Şirvan Apellyasiya Məhkəməsinin 24.09.2019-cu il tarixli, 2(106)-1164/2019 saylı, Ali Məhkəmənin 24.02.2020-ci il tarixli, 2(102)-1060/2020 saylı, Beyləqan Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(020)-558/2019 saylı məhkəmə qətnamələri və Qararları ilə bir daha sübut olunur ki, parkın ərazisinin zəbt olunması tamamilə yalan və bazar sahibi Xəqani Əhmədov kimi şəxslərin şəxsi maraqlarına, qərəzinə söykənən bir uydurma məlumatdır.
Sahibkarlar Abdullayev Vahid Cəmil oğlu və Abdullayev Asəf bildiriblər ki, onların sahibkarlıq fəaliyyətinə qarşı qarayaxma kompaniyası uzun illərdir davam edir, hər cür qanunsuz vasitələrlə əvvəlcədən hansısa maraqlar müqavilində onlar haqqında həqiqəti əks etdirməyən məlumatlarlar yayılır. Halbu ki, təqdim olunmuş AR ƏMDK-ının müvafiq məktubuna əsasən Xəqani Əhmədov özü qanunsuz olaraq dövlətin torpaqlarını zəbt edibdir.
Sahibkarlar bu məsələ ilə media nümayəndələrin, onlara müraciət olunduğu təqdirdə məlumatı dərc etməzdən əvvəl obyektivliyi qorumaqla yanaşı faktlara istinad edilməsinin zərüriliyini diqqətə çatdırıb.
O ki qaldı qanun pozuntusu içində olan Xəqani kimilərinə, nümunəvi sahibkar olmaq üçün Vahid Abdullayev və Asəf Abdullayev kimi dövlətimiz qanunlara daima hörmətlə yanaşan sahibkarlardan sağlam rəqabət aparmağı və ticarətin incəliklərini hələ öyrənməlidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR