ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq-VİDEO

Baxış Sayı:40

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq-VİDEO
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, sabah Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Trend-in məlumatına görə, partiyanın mətbuat katibi Hüseyn Paşayev bildirib ki, məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanıb və şiddətlə qınanılıb.

"Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə, YAP-ın mətbuat katibi H.Paşayev əlavə edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR