ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev: Vaxtilə Cəbrayıl rayonun girişində ucaldılmış lövhəni biz yenidən bərpa etdik (VİDEO)

Baxış Sayı:31

Prezident İlham Əliyev: Vaxtilə Cəbrayıl rayonun girişində ucaldılmış lövhəni biz yenidən bərpa etdik (VİDEO)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Trend-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı Cəbrayıl rayonunda olarkən bildirib:

"Vaxtilə Cəbrayıl rayonun girişində ucaldılmış lövhəni biz yenidən bərpa etdik. Sovet vaxtında bu lövhə qoyulmuşdu. İşğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Tarixi ədaləti bərpa edərək Cəbrayıl rayonun girişində yerləşən "Xoş Gəlmisiniz" lövhəsini bərpa etdik"

Oxşar xəbərlər
SON XƏBƏRLƏR