ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - Faktiki hava

Baxış Sayı:23

Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - Faktiki hava
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4; Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi); Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi); Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi); Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9; Lənkəran-Astarada:1-6 mm təşkil edib.

Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.

Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.

Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub.

Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR