ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İranda kimya zavodunda yanğın baş verib (FOTO)

Baxış Sayı:25

İranda kimya zavodunda yanğın baş verib (FOTO)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, 02 may 2021-ci il tarixdə, saat 06:00 radələrində İranın Qum vilayətində kimya zavodunda güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Qum vilayətinin yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kərimi deyib.

H.Kəriminin sözlərinə görə, baş verən yanğın nəticəsində bir neçə partlayış qeydə alınıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürmə maşını cəlb olunub.

Kərimi əlavə edib ki, hadisədə ikisi yanğınsöndürmə maşını olmaqla 5 avtomobil yanıb. 2 yanğınsöndürmə əməkdaşı yaralanıb.

İranlı rəsmi yanğının söndürüldüyünü bildirib.
İranda kimya zavodunda yanğın baş verib (FOTO)
İranda kimya zavodunda yanğın baş verib (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR