ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb

Baxış Sayı:24

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər hakimiyyətinin saytında yerləşdirilirən məlumatda deyilir.

Məlumatda bildirilir: "34 nəfərin tibb müəssisələrində müəlicəsi davam edir, 26 nəfər ölüb, 52 nəfər isə artıq evə buraxılıb". Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.



"Formula" radiostansiyasının məlumatına əsasən, Mexiko şəhərinin xəstəxanalarından birində olan 52 yaşlı qadın dünyasını dəyişib.

Qeyd edək ki, mayın 3-ü Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda "Olivos" metrostansiyasının yaxınlığında metro körpüsü çöküb. Hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilmişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR