ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV

Baxış Sayı:32

Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Şərqi Qüdsdə israil polisləri ilə toqquşamalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, əsas toqquşmalar Əl-Əqsa məscidi yaxınlığında baş verib. Polislər məscidə gələnlərə rezin güllələrlə atəş açıblar, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Şərqi Qüdsdəki hadisələrlə əlaqədar Fələstin Prezidenti Mahmud Abbas ölkəsinin BMT-dəki nümayəndəsi Riyad Mansura Təhlükəsizlik Şurasının iclasını çağırmaq təşəbbüsü ilə çıxış etməyi tapşırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR