ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb

Baxış Sayı:30

Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5 milyard 366,7 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2 milyard 617,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR