ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AzTv və Azərtac-ın əməkdaşları minaya düşərək həlak olub (FOTO/VİDEO)

Baxış Sayı:35

AzTv və Azərtac-ın əməkdaşları minaya düşərək həlak olub (FOTO/VİDEO)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Trend-in məlumatına görə, bu barədə AzTv-dən bildirilib.

Bildirilib ki, Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, minaya düşən avtomobilin sürücüsü və kənd sakini yaralanıblar.

"“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR