ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb (FOTO)

Baxış Sayı:43

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb (FOTO)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnonzadə, Moldova təmsilçisi Nikolae Foca, Yaponiya idmançısı Ryuju Nagayamadan üstün olaraq 1/4 finala yüksəlib. Fransız Valid Xyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxagvajamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb.

Qazaxıstan cüdoçusu Şamşadin Mağjxanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb. Bu gün tatamiyə çıxan diğər 3 cüdoçumuz - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk mərhələdə uduzublar. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb (FOTO)
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb (FOTO)
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR