ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qayınatası və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı

Baxış Sayı:20

Qayınatası və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açıldı
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin (CM)128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR