ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Vilayət Eyvazovdan yeni təyinat

Baxış Sayı:41

 Vilayət Eyvazovdan yeni təyinat
Azerixeber.az “Xebertime.info”a istinadən xəbər verir ki, Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Xebertime.info-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məmmədov Xanlar Hüseyn oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarəyə rəis təyin edilib.

Nazirin digər əmri ilə Polis mayoru Ramin Mehtixanov Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin idarəyə rəis müavini təyin olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR