ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan və Azərbaycan mehriban qonşular kimi birgə yaşamağı öyrənməlidir - Lavrov

Baxış Sayı:22

Ermənistan və Azərbaycan mehriban qonşular kimi birgə yaşamağı öyrənməlidir - Lavrov
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan mehriban qonşular kimi birgə yaşamağı öyrənməlidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, adi insanların həyatını qaydasına salmaq üçün səy göstərmək lazımdır.

Azərbaycan-Ermənistan sərhədində baş vermiş insidentlərə toxunan nazir qeyd edib ki, bu hadisələrin Qarabağla heç bir əlaqəsi yoxdur.

Eyni zamanda S.Lavrov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında təkcə bu iki ölkə yox, həm də Rusiya, Türkyə və İran da maraqlıdır, bu ölkələrin fikrini də danışıqlar prosesində nəzərə almaq lazımdır.

Qeyd edək ki, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR