ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

FHN Yasamal rayonundakı yanğınla bağlı yeni məlumat yayıb (VİDEO) (YENİLƏNİB)

Baxış Sayı:79

FHN Yasamal rayonundakı yanğınla bağlı yeni məlumat yayıb (VİDEO) (YENİLƏNİB)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, 24 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinin kəşfiyyatı zamanı yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən olunub. Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın tətbiqi, yanğınsöndürən və xilasedicilərin çevik, peşəkar və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğının genişlənib qonşu mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı ümumi sahəsi 77 kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyası və ev əşyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub və 56 nəfər bina sakini təxliyə olunaraq təhlükəsizlikləri təmin olunub.

XXX

00:11

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın İsmayıl bəy Qutqaşınlı küçəsində baş verib.

Yanğın qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR