ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qəbələ sakini hündür qayalıqdan yıxılaraq çaya düşüb (VİDEO)

Baxış Sayı:80

Qəbələ sakini hündür qayalıqdan yıxılaraq çaya düşüb (VİDEO)
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, 26 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumata əsasən FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR