ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rektor müşavirini bıçaqlayan şəxs də BDU-nun işçisi olub

Baxış Sayı:31

Rektor müşavirini bıçaqlayan şəxs də BDU-nun işçisi olub
Azerixeber.az xəbər verir ki, 27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR