ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Pəncə Hərəkatı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub

Baxış Sayı:36

"Pəncə Hərəkatı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub
Azerixeber.az xəbər verir ki, İraqın şimalında "Pəncə Hərəkatı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Türkiyə ordusunun hərbçiləri və terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində 2 hərbçi şəhid olub, daha 1-i isə yaralanıb.

Bildirilir ki, Türk hərbçiləri terrorçulardan birini məhv edə biliblər.

Eyni zamanda Nazirlik şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralı hərbçiyə isə şəfa diləyib.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR