ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda tanışı tərəfindən bıçaqlanan şəxs hadisə yerində ölüb

Baxış Sayı:36

Sumqayıtda tanışı tərəfindən bıçaqlanan şəxs hadisə yerində ölüb
Azerixeber.az xəbər verir ki, iyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyev Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Sumqayət Şəhər Prokurorluğundan bildirilib. Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR