ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)

Baxış Sayı:86

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)
Azerixeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".
Trend.az
Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR