ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Braziliya-Argentina oyunu 10-cu dəqiqədə dayandırılıb

Baxış Sayı:56

Braziliya-Argentina oyunu 10-cu dəqiqədə dayandırılıb
Azerixeber.az xəbər verir ki, avqustun 5-də Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.

Trend-in məlumatına görə, San-Pauloda keçirilən oyun 10-cu dəqiqədə dayandırılıb. Belə ki, Braziliya tərəfi Argentina yığmasının 4 oyunçusunun (Emiliano Martines, Emiliano Buendia, Covanni Lo Çelso və Kristian Romero) karantindən keçmədiyinə görə meyadan polis çağırıb.

Bununla əlaqədar Argentina millisinin oyunçuları meydanı tərk etmək qərarına gəliblər.

Oyunun keçiriləcəyi yeni vaxt Beynəlxalq Futbol Federasiyası ilə məsləhətləşmələrdən sonra müəyyən ediləcək.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR