ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İsveçrə şirkəti Azərbaycanda tramvay nəqliyyatının inkişafına töhfə verməyə hazırdır

Baxış Sayı:83

İsveçrə şirkəti Azərbaycanda tramvay nəqliyyatının inkişafına töhfə verməyə hazırdır
İsveçrənin "Stadler" şirkəti Azərbaycanda tramvay nəqliyyatının inkişafına töhfə verməyə hazırdır.
Azerixeber.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, "Stadler" yüngülrelsli nəqliyyatın layihələndirilməsi və tədarükündə böyük təcrübəyə malikdir. Şirkət bu istiqamətdə 18 ölkəyə 1,3 min yüngülrelsli nəqliyyat tədarük edir: "Stadler"in təqdim etdiyi tramvaylar müştərinin tələblərinə də rahatlıqla uyğunlaşdırıla bilər. Vaqonların sayı, ölçüsü, sərnişin tutumu, oturacaqların yeri, demək olar ki, bütün texniki xüsusiyyətlər müvafiq şəkildə modifikasiya edilə bilər. Hələlik "Stadler" şirkəti Azərbaycanda qatar tədarükçüsü kimi tanınır, amma biz ölkədə tramvay nəqliyyatının da inkişafına öz töhfəmizi verə bilərik".
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR