ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağa qanunsuz yüklərin daşınması İranın qeyri-səmimi siyasət həyata keçiridyini deməyə əsas verir - Deputat

Baxış Sayı:38

Qarabağa qanunsuz yüklərin daşınması İranın qeyri-səmimi siyasət həyata keçiridyini deməyə əsas verir - Deputat
Azərbaycan regionda yeni reallıqlar yaradıb. Gələcəyə praqmatik baxan ölkələr bu reallıqları düzgün dəyərləndirərək, Azərbaycanın təklif etdiyi inkişaf və əməkdaşlıq proqramına dəstək verməldirlər. Təbii ki, bu sırada Ermənistan da olmalıdır. Yəni, Ermənistan bir dövlət kimi var olmaq istəyirsə revanişt fikirlərdən, o cümlədən 30 il mövcud olan əhval-ruhiyyədən əl çəkməlidir. Hesab edirəm ki, Ermənistanla yanaşı cənub qonşumuz İran da nəhayət bu reallığı dərk etməlidir ki, işğalçılığın və işğalçılığa dəstək siyasətinin sonu yoxdur”.

Azerixeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamsında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, lakin cənub qonşumuzun son davranışları bunun əksinə işarə edir: “Bəlli olduğu kimi bu ilin avqustunda rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə edilmişdi. Məlum olmuşdu ki, 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirib. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi. Həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, rəsmi Bakının etirazlarının cavabsız qaldığı üzə çıxıb. Son günlər əldə edilən görüntülərə əsasən, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmasının davam etdiyi məlum olur. Belə ki, avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib”.

Deputat deyib ki, bu da son deyil. Belə ki, yayılan məlumatlara əsasən iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Onlar rusiyalı sülhməramlıların yerləşdirildiyi zonalara çatdıqdan sonra İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirirlər. Bununla bağlı, təkzibolunmaz faktlar, fotogörüntülər mövcuddur. Qeyd etmək lazımdır ki, İrandan Qarabağa qanunsuz daşımalar rəsmi Bakının dəfələrlə müasir videomüşahidə sistemlərinə malik olması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, həyata keçirilib.

Vüqar İskəndərovun bildirib ki, bu və digər faktlar İranın Azərbaycan qarşı qeyri-səmimi siyasət həyata keçiridyini deməyə əsas verir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR