ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Baxış Sayı:47

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Azerixeber.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Bildirilir ki, zərbələr HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna endirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmışdı. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuşdu.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR