ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-da partlayış nəticəsində yaşayış binası çöküb

Baxış Sayı:51

ABŞ-da partlayış nəticəsində yaşayış binası çöküb
Azerixeber.az xəbər verir ki, ABŞ-ın De-Kalb dairəsində (Corciya ştatı)yaşayış binasında partlayış baş verib.

Trend-in "WSB-TV 2" telekanlına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi çöküb və bir neçə nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.

Məlumata əsasən, insident yerli vaxtla təxminən saat 13:24-də (Bakı vaxtı ilə 21:24) baş verib. Hadisə yerinə gələn xilasedicilər binanın sakinlərini təxliyə ediblər.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, partlayışa səbəb qaz boru kəməri sistemindəki nasazlıq olub.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR