ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İƏT nümayəndə heyətinin Şuşaya səfəri başlayıb

Baxış Sayı:39

İƏT nümayəndə heyətinin Şuşaya səfəri başlayıb
Azerixeber.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfərləri başlayıb.

Trend xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-da Şuşa şəhərinə gəlib.

Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq.

Faktaraşdırıcı missiya ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR