ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Vüqar Həşimov” komandası Avropa kubokunda Moldova yığmasına böyük hesabla qalib gəlib

Baxış Sayı:48

“Vüqar Həşimov” komandası Avropa kubokunda Moldova yığmasına böyük hesabla qalib gəlib
Azerixeber.az xəbər verir ki, Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Trend-in məlumatına görə, turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Kişilərin yarışında 38 komanda mübarizə aparır.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR