ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)

Baxış Sayı:163

Azerixeber.az xəbər verir ki, sentyabrın 29-da
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət mərkəzinin idman metodisti Sahib Nəsibovla görüş keçirmişdir.
Sahib Nəsibov VKC Karate DO idman növü üzrə fəaliyyət göstərir.13 dəfə Azərbaycan Çempionu, dəfələrlə MDB ölkələrin çempionu, Avropa çempionu, iki qat Dünya çempionu, Dünya Kubokunun çempionu, Əməkdar məşqçi VKC Karate üzrə və 5-ci Dan Qara Kəmər ustası Sahib Nəsibov həm də Vətən müharibəsi iştirakçısıdı. O Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasına görə və Hərbi Xidmətlərə görə medallarıyla təltif olunmuşdur.
2018-ci il 27 fevral tarixində Sahib Nəsibova Azərbaycan Respublikası Mədəniyyət və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının "Əməkdar Məşqçi" fəxri adı verilmişdir.
Sahib Nəsibovun həm mədəniyyət mərkəzinin idman metodisti kimi fəaliyyəti , həm də torpaqlarımızın erməni işgalçılarından geri alınmasında göstərdiyi igidlik və qəhrəmanlıgı rayon ictimaiyyəti tərəfindən rəgbətlə qarşılanmışdır.
Görüşdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Sahib Nəsibova " Fəxri Fərman" vermişdir.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.

Mehriban İsgəndərova
Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)
Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)
Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)
Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)
Sentyabrın 29-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon mədəniyyət işçiləri və idmançılarla görüş keçirib-(FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR