ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ermənistanı illərdir terror dövlətinə çevirənlərə qalib gəldi - Deputat

Baxış Sayı:44

Azərbaycan Ermənistanı illərdir terror dövlətinə çevirənlərə qalib gəldi - Deputat
Cənab Prezident İlham Əliyevin Ermənistan rəhbərliyi barədə söylədiyi faktlar bir daha bu rejimin necə yararsız və faşist quruluş olduğunu bütün dünyaya göstərir. Vətən müharibəsində qələbə bizim yalnız bu hakimiyyət yox, ümumilikdə Ermənistanı illərdir terror dövlətinə çevirənlərə qarşı qazandığımız qələbədir.

Azerixeber.az xəbər verir ki, bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, 1994-cü ildən atəşkəs elan edildikdən sonra Ermənistanda hakimyyətə gələn heç bir rəhbərlik Azərbaycanla danışıqlar yolunu seçmədi: “Ancaq özlərinin miflərlə dolu “yenilməz” ordularına güvəndilər. Elə zənn edirdilər ki, illər ötdükcə Azərbaycan işğal altındakı torpaqlarını unudacaq. Ancaq bu illər ərzində Azərbaycan əksinə, həm hərbi, həm iqtisadi, həm də siyasi sahədə müstəqil, demokratik siyasət yürütməklə regionun lider dövlətlərindən birinə çevrildi. Ermənistan isə bu illər ərzində nəinki inkişaf etdi, vassal ölkə səviyyəsinə qədər endi.

Əlbəttə, bunların başında əsas günahkarlardan biri, cənab Prezidentin də qeyd etdiyi kimi, Serjik Sarkisyandır. Çünki Ermənistanın son illər tarixinə nəzər saldıqda Serjik Sarkisyanın mühüm postlar tutduğunun, xüsusən də Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinə rəhbərlik etdiyinin şahidi oluruq. Deməli, bu dövləti terror dövlətinə çevirənlərin ən başda gələni elə bu faşist Serjik olub desək, yanılmarıq”.

V.İskəndərov bildirib ki, Serjik bu gün öz səhvlərini boynuna almaq əvəzinə 2 ildir ki, hakimiyyətdə olan Paşinyanı "günah keçisi” etməyə çalışır: “Əlbəttə, xain və qorxaq birindən bundan artıq bir şey gözləmək olmazdı. İndi isə Serjik biabırçı məğlubiyyətlə barışmaq əvəzinə, revanşist qüvvələri dəstəkləməklə məşğuldur”.
Trend.az
Azərbaycan Ermənistanı illərdir terror dövlətinə çevirənlərə qalib gəldi - Deputat

Oxşar xəbərlər
SON XƏBƏRLƏR