ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ

Baxış Sayı:29

Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ
Azerixeber.az xəbər verir ki, tanınmış meyxanaçı Cavid Babaşovla (Cavid Sumqayıtlı) bağlı cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, meyxanaçı Cavid Babaşov 15 may 2021-ci ildə saxlanılıb..

Sumqayıt ŞPİ-nin əməkdaşları Cavid Babaşovu narkotik vasitələrin satışında şübhəli bilərək saxlayıb.

C.Babaşovun üzərinə baxış zamanı 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda isə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR