ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb

Baxış Sayı:41

Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
Azerixeber.az xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını qəbul edəcək "Əl-Tumama" stadionu istifadəyə verilib.

Trend-in məlumatına görə, bu barədə Dünya Çempionatının keçirilməsi və mirası üzrə Ali Komitənin mətbuat xidməti bildirib.

Stadion Qətərin paytaxtı Dohada yerləşir. Bu, Qətər memarı İbrahim Cayda tərəfindən layihələndirilən ilk stadiondur.

Stadion 40 min tamaşaçı tutumuna malikdir.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino bildirib: ""Əl-Tumama" stadionu ölkə üçün böyük əhəmiyyət kəsb edən daha bir sənət əsəridir. Mənim arzum tezliklə Yaxın Şərqdə keçiriləcək ilk dünya çempionatının şahidi olmaqdır".
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR