ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə və Azərbaycan Müdafiə nazirləri arasında telefon danışığı olub

Baxış Sayı:42

Türkiyə və Azərbaycan Müdafiə nazirləri arasında telefon danışığı olub
Azerixeber.az xəbər verir ki, noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR