ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bir sıra KİV-də və sosial şəbəkələrdə əhali arasında vahimə yaratmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır - DTX

Baxış Sayı:138

 Bir sıra KİV-də və sosial şəbəkələrdə əhali arasında vahimə yaratmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır - DTX
Azerixeber.az xəbər verir ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.

Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR