ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Dünənki döyüşlərdə şəhid olan hərbçilərimizin adları açıqlanıb - MN

Baxış Sayı:125

Dünənki döyüşlərdə şəhid olan hərbçilərimizin adları açıqlanıb - MN
Azerixeber.az xəbər verir ki, noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Trend Müdafiə Nazirliyinə istinadən şəhid olan hərbi qulluqçuların adlarını təqdim edir:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
- əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.

Bundan əlavə, MN-dən bildirilib ki, 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

"Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR