ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib

Baxış Sayı:87

Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Efendinin Avroviziya-2021 səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizaynı dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib.

Trend-in məlumatına görə, “Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Dəb Həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.

İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi Pitti Uomo-da nümayiş etdirilib. Rüfət İsmayılın geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub, onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.

Rüfət İsmayıl: "Efendi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Efendinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır".

Efendinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Xatırladaq ki, Efendi “Avroviziya-2020” mahnı müsabiqəsində də ölkəmizin təmsilçisi idi, lakin COVID-19 pandemiyası ilə əlaqədar Avropa Yayım Birliyinin (AYB) qərarı ilə müsabiqə təxirə salınmışdı.

Qeyd edək ki, şüarı “Open up!” olan Avroviziya-2021 mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi sə May ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Təmsilçimiz Efendi birinci yarımfinalda çıxış edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR