ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

DİN sosial şəbəkə istifadəçilərinə narkotik alverçiləri ilə bağlı xəbərdarlıq edib

Baxış Sayı:71

DİN sosial şəbəkə istifadəçilərinə narkotik alverçiləri ilə bağlı xəbərdarlıq edib
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, sosial şəbəkələr üzərindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəxslərin niyyəti ilə bağlı mətbuatın sorğusuna Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxildir.

Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir.

Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın “insanpərvərliyinə”, “qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuriyerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvanlara çatdırır.
Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayırı-ayırı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq.

Şəxs cinayət başında tutularkən “bilmədim”, “aldadılmışam”, “mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, -deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu, onu cinayət məsuliyyətindən azad etmir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR