ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda küçədə qumbara tapıldı (FOTO)

Baxış Sayı:66

Bakıda küçədə qumbara tapıldı (FOTO)
Azerixeber.az "Trend.az"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.
Bakıda küçədə qumbara tapıldı (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR