ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yaşayış binasına atəş açan keçmiş məhkum saxlanılıb

Baxış Sayı:40

Bakıda yaşayış binasına atəş açan keçmiş məhkum saxlanılıb
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, Bakıda binaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb.

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Allahverdiyev müəyyən edilərək saxlanılmış, ondan “Makarov” markalı tapança götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR