ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şirvanda "patı" və "şüşə" əməliyyatı: 3 nəfər saxlanıldı (FOTO)

Baxış Sayı:27

Şirvanda "patı" və "şüşə" əməliyyatı: 3 nəfər saxlanıldı (FOTO)
Azerixeber.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.
Araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Trend.az
Şirvanda "patı" və "şüşə" əməliyyatı: 3 nəfər saxlanıldı (FOTO)
Şirvanda "patı" və "şüşə" əməliyyatı: 3 nəfər saxlanıldı (FOTO)
Şirvanda "patı" və "şüşə" əməliyyatı: 3 nəfər saxlanıldı (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR