ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb (FOTO)

Baxış Sayı:26

Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb (FOTO)
Azerixeber.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.

Trend xəbər verir ki, Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərasimdə çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, “Əkinçi” qəzetinin ənənələri bu gün milli ruhlu, vətənpərvər və peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır və zənginləşdirilir. Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründəki fədakar əməyi “Əkinçi” qəzetinin maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirdi ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.

İcraçı direktor görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyətinin müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnək olduğunu qeyd etdi. Vurğuladı ki, Həsən Bəy Zərdabi xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında çox böyük rol oynayıb.

Tədbirdə 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı, ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidmətlərinin rəhbərləri də mükafatlandırılıb.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR