ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

BVF dünya iqtisadiyyatının bərpasını proqnozlaşdırır

Baxış Sayı:22

BVF dünya iqtisadiyyatının bərpasını proqnozlaşdırır
Azerixeber.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırmağa davam edir

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.

K.Georqiyeva bildirib: "Əlbətdə ki, yeni delta ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq".

Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı - 6 faiz: "Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq".
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR