ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)

Baxış Sayı:59

Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)
Azerixeber.az xəbər verir ki, Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes", "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.
Trend.az
Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)
Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)
Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb (FOTO)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR