ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Beyləqanda "Zəfər yolunun çıraqları" adlı növbəti sərgi və mühazirə təşkil olunub-FOTO

Baxış Sayı:142

Beyləqanda "Zəfər yolunun çıraqları" adlı növbəti sərgi və mühazirə   təşkil olunub-FOTO
Azerixeber.az xəbər verir ki, 26 noyabr 2021- ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan Rayon Tarix-diyarşünaslıq muzeyində Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolunun çıraqları" adlı növbəti sərgi və mühazirə təşkil olunmuşdur. Sərgi Beyləqan rayon şəhidləri : Əsgərov İbrahim Məzahir oglu, Abbaslı Hikmət Zahir oglu, Çavuş İsmayılov Elvin Tələt oglu, Çavuş Allahverdiyev Nurlan İnqilab oglu, Nəsirov Qara Eldəniz oglu, Məmmədov Nicat Şamxal oglu, Kiçik Çavuş Hüseynli Şahin Vaqif lglu və Əsgər Əsədzadə Zaur Teyyub ogluna həsr olunmuşdur. Sərgidə Vətən müharibəsi şəhidlərinin foto şəkilləri, hərbi və mülkü geyimləri və şəxsi əşyaları nümayiş olunurdu.
Tədbirdə şəhid ailələri, qazilər və Ramiz Abbasov adına şəhər 4 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdi. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru İsgəndərova Mehriban, bələdçi Namazova Alimə, Qarahüseynli Kəklik, Mədənəyyət Mərkəzinin əməkdaşı Elnur Qaradaglı
sərgisi təşkil olunmuş Vətən müharibəsinin qəhrəman döyüşçüləri haqqında geniş məlumat verdilər.
Məktəbin şagirdləri şəhid analarının əllərindən öpərək onlara ünvanladıqları məktubları təqdim etdilər və şəhidlərimizə, Vətənimizə aid şerlər səsləndirdilər.
Şəhid Hüseynli Şahinin idman müəllimi , Vətən müharibəsi iştirakçısı, qazi Nəsibov Sahib və onun döyüş yoldaşlarının tədbirdə iştirakı şəhidin anasına çox böyük dəstək oldu.
Vətən müharibəsi qazilərinin çıxışları sanki yaralara məlhəm kimi təsir bagışladı....
Tədbirimizin məqsədi şəhidlərimizi unutmamaq və unutdurmamaqdı. Eyni zamanda şəhid analarına, həyat yoldaşlarına dəstək nümayiş etdirməkdi.
Tədbir pandemiya şərtlərinə uygun təşkil olunmuşdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR