ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Baş nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub

Baxış Sayı:47

Baş nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Azerixeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, danışıq zamanı Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi qrupunun fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR