ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ombudsman Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edir

Baxış Sayı:35

Ombudsman Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edir
Azerixeber.az xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. İnsan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2002-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının loqotip dizaynının hazırlanması üzrə müsabiqə iştirakçıları təklifləri ilə bağlı aşağıdakı müsabiqə şərtlərini nəzərə almalıdırlar:

- Bir iştirakçı tərəfindən müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən 2 (iki) ədəd dizayn nümunəsi təqdim oluna bilər.

- İştirakçılar tərəfindən müsabiqəyə təqdim edilən loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 200 sözdən artıq olmamaq şərtilə verilməlidir.

- Müraciət mətninə müəllifin tam adı, ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi daxil edilməlidir.

- 21 fevral 2022-ci il saat 18:00-dək işlərin eskiz layihəsi (vektor qrafikasında olmaqla) elektron məlumat daşıyıcısında Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət evi, II Alaqapı ünvanına təqdim olunmalı, eyni zamanda JPG formatlı fayl şəklində (ölçüsü minimum 1280x960 olmaqla) info@ombudsman.az elektron ünvanına göndərilməlidir (Suallarla bağlı əlaqə nömrəsi: 012-493-94-68).

- Qalib loqotip dizaynının müəllifi və fərqlənən iştirakçılar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən fəxri fərmanla təltif ediləcəklər. Qalib üçün müəyyənləşdirilmiş mükafat fondu 700 AZN təşkil edir.

- Loqotip müsabiqəsinə təqdim olunan işlər üzrə hüquqlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına aiddir və ictimai şəkildə sərgilənə bilər.

- Müsabiqə iştirakçılarına əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmaları və bununla bağlı qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müsabiqə iştirakçılarına uğurlar arzulayır!
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR