ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin "Pegasus Airlines" şirkəti İstanbul-İrəvan-İstanbul reysləri yerinə yetirəcək

Baxış Sayı:37

Türkiyənin "Pegasus Airlines" şirkəti İstanbul-İrəvan-İstanbul reysləri yerinə yetirəcək
Azerixeber.az xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsinə icazə verib.

Trend bu barədə erməni KİV-lərir istinadən xəbər verir.

Bundan əvvəl analoji icazəni 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq Ermənistanın “Flyone” şirkəti də alıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk görüşün Moskvada keçiriləcəyini bildirmişdi.

Ankara tərəfindən xüsusi nümayəndə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, İrəvandan isə parlament sədrinin müavini Ruben Rubinyan təyin edilib. Bundan əlavə, Çavuşoğlu bildirmişdir ki, Türkiyə Cənubi Qafqazla bağlı bütün qərarları qardaş Azərbaycanla birlikdə verir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR