ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN

Baxış Sayı:31

Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN
Azerixeber.az xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

"Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah şəhidimizə rəhmət eləsin!", - deyə məlumatda bildirilir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR