ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Kamran Əliyev Rusiyaya səfər edib

Baxış Sayı:30

Kamran Əliyev Rusiyaya səfər edib
Azerixeber.az xəbər verir ki, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.


Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR